SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb.
 
BAKU.WS-in məlumatına görə, Parisdə baş tutan görüşdə son günlər Rusiya-Türkiyə arasında hərginləşən münasibətlər də müzakirə olunub. Ərdoğan jurnalistlərə açıqlamasında Suriyadakı mövcud vəziyyətin də ABŞ prezidenti ilə müzakirə etdiklərini söyləyib.
 
"Rusiya mövzusunu da müzakirə etdik. NATO müttəfiqimiz olan ABŞ Türkiyənin sərhədlərini və hava məkanını qoruma və müdafiə hüququna sahib olduğunu hər zaman dilə gətirməkdədir və dəstəkləməkdədir. Biz hər zaman Türkiyənin suverenliyini dəstəkləməyə davam edirik. Danışdığımız mövzular gərginliyi azaltmaq, bunları diplomatik yollarla həll etməkdən ibarət olub. Obama Türkiyənin İŞİD-ə qarşı mübarizədə göstərdiyi dəstəyə görə də təşəkkür etdi". 
 
Ərdoğan Obamanın Rusiya ilə gərginliyin yaranmasına münasibət bildirdiyini və Türkiyəyə haqq verdiyini söyləyib: "Obama mənə "Haqlısınız, Putinə də söylədim. Gərginliyi artırmanın faydası yoxdur. Bu mövzuda birlikdə çalışmalıyıq" deyə söylədi".

BAKU.WS