055 213 76 73
Binəqədi rayonuna yeni icra başçısı təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Xatırladaq ki, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mayın 17-də tutduğu vəzifədən azad olunub.
BAKU.WS