Rusiya prezidenti Vladimir Putin Türkiyəyə sərt mesajlar yollayıb.

BAKU.WS
-in məlumatına görə, Putin bildirib ki, Türkiyə bilə-bilə Rusiyanın təyyarəsini vurub. Onun sözlərinə görə, "Su-24” təyyarəsinin üzərində Rusiyanın simvolları olub.

"Türkiyənin vurduğu təyyarənin Rusiyaya aid olduğunu bilməməsi mümkün deyildi. Türkiyə Rusiya üçün təkcə qonşu deyil, dost ölkə idi. Türkiyədən belə addım gözləmirdik. Əgər bu Amerikanın təyyarəsi olsaydı, Türkiyə bu addımı ata bilməzdi. Rus pilotun ölümü sakitliklə qarşılanmayacaq. Bu qəbulediləsi bir şey deyil”, - deyə putin bildirib.

Rusiya dövlət başçısı onu da açıqlayıb ki, Rusiya hazırda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirir. Rusiya bu adımdan geri çəkilməyəcək: "İŞİD terrorçularına dəstək verənlər odla oynayırlar. Bizim Amerika ilə əməliyatın keçirilməsi zamanı qırıcılarımızın hansı bölgələrdən keçəcəyi barədə razılaşmamız var. Bizim tək amacımız terrorçuları məhv etməkdir”.

BAKU.WS