Xırdalanda məktəb-liseydə şagirdlərdən pul yığılır? - Təhsil İdarəsindən AÇIQLAMA
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseydə şagirdlərdən "fond pulu" və "summativ pulu" yığılması ilə bağlı iddialar yayılıb.
Sözügedən təhsil müəssisəsinin şagirdləri isə yayılan iddiaları Baku TV-yə təkzib ediblər.
"Mən artıq üç ildir bu məktəbdə oxuyuram. Şəxsən özüm heç vaxt belə bir halla qarşılaşmamışam və pul tələb olunduğunu görməmişəm", - onlardan biri söyləyib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, sosial mediada Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseylə bağlı səsləndirilən iddialarla bağlı ilkin araşdırma aparılıb:
"Araşdırma zamanı iddia olunan halları təsdiq edən hər hansı rəsmi sənəd, valideyn müraciəti və ya digər sübutlar aşkar edilməyib. Qeyd edirik ki, məktəblərdə keçirilən summativ qiymətləndirmələr normativ sənədlərin tələblərinə uyğun şəkildə təşkil olunur. Bu proseslə bağlı şagirdlərdən və ya valideynlərdən hər hansı ödəniş tələb edilməsi yolverilməzdir".
Qeyd olunub ki, valideynlər belə hallarla qarşılaşdıqlarında aidiyyəti qurumlara müraciət etməlidirlər.
Oxşar xəbərlər
Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir - Bal limitinin artırılması gündəmdə
Bakıda sükan arxasında olmaq əvvəlki illərlə müqayisədə daha çətin olub. Yeni avtobus zolaqları, dayanma-durma qaydalarına ciddi nəzarət, çoxsaylı kameralar və...