SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.

BAKU.WS “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, iclasda 105 deputatdan 101-i iştirak edib.

Seçkidə “Mənim Addımım” Hərəkatının sədri, parlamentdəki “Çıxış” deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub. O, seçkilərdə 59 səs qazanıb. Deputatlardan 42 nəfəri onun əleyhinə səs verib.

Qeyd edək ki, ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Seçkilərdə qələbə qazanan Nikol Paşinyan çıxışı zamanı Ermənistan və Azərbaycan münasibətlərinə toxunub. Çıxışı zamanı o, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinin mümkünlüyünü vurğulayıb.

Nikol Paşinyanın sözlərinə görə, münaqişənin həlli üçün Azərbaycan hökumətilə danışıqlara hazırdır.

“Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram. Danışıqların yeni mərhələsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır”, - deyə yeni baş nazir bildirib.

Ziya SƏCCAD
BAKU.WS