VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında Suriyaya hərbi müdaxilələrlə əlaqədar yazı paylaşıb.

BAKU.WS  xəbər verir ki, o “Twitter” hesabında bu sözləri yazıb:

“Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış. Hazır ol, Rusiya, çünki raketlərimiz gəlir”.

Tramp “Twitter”dəki yazısında Suriyada baş verən kimyəvi silahla həyata keçirilmiş qətliama da toxunub və Rusiyaya müraciət edib:

“İnsanları qazla öldürən və bundan zövq alan bir heyvanla tərəfdaş olmamalı idiniz”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS