4 məktəbli qız bədbəxt hadisə nəticəsində ölüb
06
iyn
2024
11:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva vilayətində, Martemyanovo kəndi yaxınlığında 15 yaşlı dörd məktəbli qız yol qəzası nəticəsində ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Moskva vilayətinin prokurorluğu Telegram kanalında məlumat yayıb.
İlkin məlumatlara görə, ötən gün axşam saatlarında şəhərin Aprelevka qəsəbəsinin Martemyanovo kəndi yaxınlığındakı yolda minik avtomobilinin sürücüsü idarəetməni itirərək avtomobili kanala aşırıb və ağaca çırpıb.
Nəticədə avtomobildə olan 15 yaşlı 4 sərnişin həyatını itirib, digər qız isə tibb müəssisəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Rusiyanın Orenburq vilayətində TƏHLÜKƏ: Uralda suyun səviyyəsi bir gündə 16 sm artdı - VİDEO
Orenburq yaxınlığında Ural çayında suyun səviyyəsi bir gündə 16 sm artıb. Bu barədə şəhər administrasiyası "Telegram" kanalında hidrometeorologiya mərkəzinə ist...