SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Mərkəzi Bankı sədrinin keçmiş müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.

BAKU.WS-in məlumatına görə, bunu Trend-ə X.Abdullayev özü təsdiq edib.

O qeyd edib ki, yanvarın 8-dən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, X.Abdullayev ötən ilin sentyabrında Mərkəzi Bankdakı vəzifəsini öz xahişi ilə tərk etmişdi.

Qeyd edək ki, ötən ilin sonundan vergilər nazirinin daha bir müşaviri Camal Qasımov təyin olunmuşdu.

BAKU.WS