SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və baş nazirin müavini Bəkir Bozdağ ABŞ-da həbs edilən cənubi azərbaycanlı iş adamı Rza Zərrabla bağlı Vaşinqtona 2 nota verildiyini bəyan edib.

BAKU.WS-in məlumatına görə, Rza Zərrabın Türkiyə vətəndaşı olduğunu qeyd edən Bəkir Bozdağ bildirib ki, iş adamından neçə gündür ki, xəbər yox idi.

“Onmun vəkili də bu məsələdə narahat idi. Ona görə Türkiyə ABŞ-a nota verdi”, - deyə baş nazirin müavini bildirib.

Mövlud Çavuşoğlu isə bəyan edib ki, Türkiyə ilk notaya cavab verilmədiyindən ABŞ-a ikinci dəfə nota göndərib.

Nazirin sözlərinə görə, bundan sonra Vaşinqtondan Ankaraya cavab gəlib.

"Ötən gün ABŞ Ədliyyə Nazirliyindən, həm də Dövlət Departamentindən səfirliyimizə yazılı cavab gəlib. Məktubda Rza Zərrabın sağlıq durumunun yaxşı olduğu, başqa bir yerdə saxlanıldığı, heç bir problem olmadığı qeyd edilib", - deyə Mövlüd çavuşoğlu bildirib.

BAKU.WS