Prezident İlham Əliyevdən yeni təyinat

Prezident İlham Əliyevdən yeni təyinat
Siyasət 2283

Zaur Rafik oğlu Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.   Qeyd edək ki, Zaur Əliyev 1981-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Böyük Britaniyada "East Anglia" universitetində mühasibat və maliyyə üzrə bakalavr dərəcəsini bitirərək Qazaxıstanın Almatı şəhərində "Ernst Young" şirkətində audit mütəxəssisi kimi iş fəaliyyətinə başlayıb. 2004-cü ildə "Ernst Young" şirkətinin Bakı ofisində eyni vəzifəyə, bir müddət sonra isə Böyük Britaniyanın London şəhərinə audit baş mütəxəssisi vəzifəsinə təyin olunaraq 5 ilə yaxın burada çalışıb. 2005-2008-ci illərdə imtahanlarda yüksək nəticə göstərərək Böyük Britaniyanın İxtisaslaşmış Mühasiblər Assosiyasıyasının (ACCA) həmkar üzvü olub.

Evlidir və iki övladı var. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev MTN-nin vəfat edən generalı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev MTN-nin vəfat edən generalı ilə bağlı nekroloq imzaladı

Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leyten...

3122 Siyasət 17:02 30 sentyabr 2015

Son xəbərlər