31 oktyabr – Ümumdünya Şəhərlər Günüdür

31 oktyabr – Ümumdünya Şəhərlər Günüdür
Siyasət 0

Oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd olunur. Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır.

Bu gün planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə çevriləcək.

Dünyanın enerji tələbatının üçdə ikisindən və planetimizi isidən parnik qazları emissiyasının 70 faizdən çoxu şəhərlərin payına düşür. Buna görə də şəhər infrastrukturuna toxunan məsələlərdə, o cümlədən şəhər planlaşdırılması, enerji effektivliliyi, elektrik enerjisi istehsalı və nəqliyyat məsələlərində yaxın onillikdə qəbul edilən qərarlar bəşəriyyətin gələcəyinə müəyyən təsirini göstərəcək.

Şəhərlər intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, sosial inkişaf və digər sahələrin mərkəzləridir. Dünyada ümumi daxili məhsulun 80 faizindən çoxu şəhərlərin payına düşür.

Xatırladaq ki, 2016-cı ilin oktyabrında Kiotoda şəhərlərin inkişafı Proqramı – urbanizasiya sahəsində bir növ gündəlikdə duran məsələ olan ekoloji cəhətdən dayanıqlı və firavan şəhərlərin tikintisi və inkişafı strategiyası qəbul edilib.

Son xəbərlər