29 illik həsrətə son: Böyük qayıdış başladı - VİDEO
19
iyl
2022
19:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.
Baku TV-nin çəkiliş qrupu doğma yurdlarına qayıdan sakinlərin köç prosesini işıqlandırıb.29 illik həsrətlərinin sona çatdığını deyən sakinlər Ağalıya qayıtdıqları üçün sevinclərinin həddi-hüdudu olmadığını bildiriblər.
Qeyd edək ki, qarşıdakı beş gün ərzində daha 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulub.
Bununla da iyulun sonuna qədər Böyük Qayıdışın birinci mərhələsi tamamlanmış olacaq.
Oxşar xəbərlər
Qarabağa Böyük Qayıdış: Ağalı kəndinin ilk sakinləri yola salınıb - FOTO/VİDEO
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbər verir...