Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
 
APA-nın məlumatına görə, dövlət başçısının yeni köməkçiləri təyin olunub.
 
Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.
 
Prezidentin hərbi məsələlər üzrə köməkçisi indiyədək Vahid Əliyev idi.
 
BAKU.WS