İlham Əliyev: "Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır"
"Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "ŞƏT plyus" formatında görüşdə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib: "Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB-3 - FOTO
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak e...