23 yaşlı azərbaycanlı dənizçi itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Qara dəniz sularında “ONEY Z” gəmisinin göyərtəsində olan 23 yaşlı azərbaycanlı itkin düşüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Sea Farers Journal” xəbər yayıb.
Məlumata görə, itkin düşən 23 yaşlı gənc bu gəmidə təcrübə keçib.
Gəncin yoxa çıxması avqustun 7-də səhər saat 10-da məlum olub. Bir neçə saat sonra gəminin heyəti axtarışlara kömək üçün Bolqarıstan Hərbi Dəniz Qüvvələrinə müraciət edib.
“Varnadan 80 mil şərqdə siqnal aldıq. Əraziyə baxış keçirmək üçün helikopter göndərilsə də, dənizçi tapılmadı. Axtarış əməliyyatı Türkiyənin ərazi sularında davam edir”.
Qeyd olunur ki, Türkiyə şirkətinə məxsus gəmi Ukraynadan İspaniyaya üzürdü.
Oxşar xəbərlər
İraq gəmisi İranın ərazi sularında qaçırılıb
İraq gəmisi İranın ərazi sularında qaçırılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəniz quldurları iraqlı sahibkardan gəmini və gəmi heyətini buraxmaq üçün...