Kim Çen In İlham Əliyevi təbrik edib
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir.
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə ölkənin sosial-iqtisadi inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir - YENİLƏNİB
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə de...