Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
30
may
2024
21:23
Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri, əziz Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, məktu...