Ədliyyə nazirinin səlahiyyətləri artırılıb
22
may
2024
20:44
Azərbaycan Prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən ədliyyə nazirinin səlahiyyətləri artırılıb.
Belə ki, o, nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və azad edə biləcək. Əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...