SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moskvada Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller ilə görüşüb.

BAKU.WS xəbər verir ki, “Report” bu barədə Rusiya şirkətinə istinadən xəbər verir.

“Tərəflər təbii qaz sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd olunub.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

BAKU.WS