SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağdan çıxan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan hökuməti vaxtilə Rusiyanın sülhməramlı birləşmələri Qarabağa gəldikdə onlar üçün müvəqqəti yerləşdirmə məntəqələri ayırıb.

İndi Qarabağdan çıxan sülhməramlılar həmin məntəqələrə qayıdıblar. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edir. Təbii ki, onlar Ermənistanda da qala bilməzlər.

Odur ki, hazırda həmin məntəqələrin bağlanması üzrə iş gedir. Sülhməramlıların bir qismi məhz bu məntəqələrin sökülməsi üçün ora qayıdıblar”, - deyə Qriqoryan deyib.

BAKU.WS