13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

  

"Azərbaycan Avrasiya iqtisadi ittifaqına girişin imkanlarını istisna etmir".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-ın Baş assambleyasının 70-ci sessiyasında deyib.
 
Nazir bildirib ki, Azərbaycan hazırda öz marağını Avrasiya ölkələriylə ikitərəfli əlaqələrin qurulmasına yönəldib. 
 
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də daha öncə bildirib ki, Azərbaycan, İran, Hindistan və Monqolustan Aİİ ilə əməkdaşlıq imkanlarına nəzərdən keçirir. Bununla yanaşı, Türkiyə ittifaqla ticarət razılaşması bağlamaq arzusunu ifadə edib.
 
Hazırda Avrasiya iqtisadi ittifaqına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. 
 
ŞAHİN Həbibov 
BAKU.WS