Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib
Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Fəxri xiyabanı ziyarət edib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Parlamentarilər, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Oxşar xəbərlər
Sahibə Qafarova: “Azərbaycan Ermənistanla sülhə hazırdır” - FOTO
Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görü...