Azərbaycanın ABŞ-dəki səfirliyi 20 Yanvar faciəsi ilə bağlı sərgi keçirib - FOTO
Azərbaycanın ABŞ-dəki səfirliyinin inzibati binası qarşısında 20 Yanvar faciəsi ilə əlaqədar sərgi keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, sərgidə 1990-cı il 20 yanvar tarixində sovet ordusunun Bakıya qəfil hücumu zamanı yaşanmış dəhşətli yanvar gecəsində lentə alınmış fotoların yer aldığı plakatlar nümayiş etdirilib.
Amerikan ictimaiyyətini məlumatlandırmaq məqsədilə sərgilənən plakatlarda faciə haqqında faktlar da təqdim olunub.
Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar vasitəsilə 34 il öncə baş vermiş Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi barəsində bilgiləniblər.
Sərgi bir həftə ərzində davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...