Baş nazir Əli Əsədov BP-nin vitse-prezidenti ilə görüşüb
20
yan
2024
16:50
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 20-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
Nazirlər Kabinetindən BAKU.WS-ə bildirilib ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, BP tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin önəmi qeyd edilib.
İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...