Baş prokuror erməni separatçıların istintaq prosesindən danışıb
Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, erməni separatçılar torpaqlar işğaldan azad edilməmişdən əvvəl Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstəriblər:
"Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur.
Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...