Ermənistan rəsmisi Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla sərhədin delimitasiyasını müzakirə edib
18
yan
2024
22:28
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə regional prosesləri müzakirə edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası ölkə hökumətinin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin prinsipləri və hüquqi əsasları ilə bağlı məsələləri də müzakirə ediblər.
Həmçinin, tərəflər arasında Ermənistanın “Sülh kəsişməsi” layihəsi ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...