Fatih Birol: “COP29-da “təmiz enerji”nin maliyyələşdirilməsi məsələsinin müzakirə olunacağına ümidvaram”
Bu il Azərbaycanda keçiriləcək növbəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrdə “təmiz enerji”yə investisiyaların maliyyələşdirilməsi məsələsinin müzakirə olunacağına ümidvardır.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən ilin dekabrında Dubayda keçirilən COP28-də çox sayda yaxşı nəticə əldə olunub.
“Lakin bizim “təmiz enerji”yə investisiyaları necə maliyyələşdirəcəyimiz COP29 çərçivəsində Bakıda müzakirə olunacaq məsələdir”, - F.Birol əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...