Bilnken Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib
ABŞ Dövlət katibi Antoni Bilnken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. H.Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginlik istəmir.
Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.
Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...