Laçında avtomobil qəzasında həlak olan Həsən Gəncədə dəfn ediləcək - FOTO
04
yan
2024
22:10
Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri, gizir Həsən Ümid oğlu İsmayılov Gəncə şəhərində dəfn ediləcək.
"Report"un Qərb bürosunun məlumatına görə, 28 yaşlı Həsən İsmayılov bir qız, bir oğul atası olub.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
Qalereya
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...