Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək - RƏSMİ
04
yan
2024
18:29
Bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.
Qeyd olunub ki, bu gün həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundovun xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...