Putin MDB-dən olan həmkarları ilə beynəlxalq məsələləri müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun mədəniyyət obyektlərinə səfər zamanı MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli və beynəlxalq məsələləri fəal müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə V.Putin Konstantinovski sarayında MDB-nin qeyri-rəsmi sammitini açarkən bildirib.
“Zaldan zala keçərlən hər biriniz, o cümlədən də mən ikitərəfli və çoxtərəfli formatda cari məsələlər barədə ətraflı söhbət etdik, beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, - o deyib.
Xatırladaq ki, gün ərzində Rusiya Prezidenti və MDB ölkələrindən olan həmkarları Sankt-Peterburqun yaxınlığında yerləşən bir neçə park və saray kompleksinə baş çəkib.
“Ümumiyyətlə deyə bilərik ki, biz gün ərzində bir-birimizlə və çox məhsuldar ünsiyyətdə oluruq”, - V.Putin bildirib.
O, həmçinin əlavə edib ki, başa çatmaqda olan il MDB üçün son dərəcə aktiv və hadisələrlə zəngin olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...