Türkiyə dəmiryolu şəbəkəsi Zəngəzura qədər uzanacaq

Türkiyə dəmiryolu şəbəkəsi Zəngəzura qədər uzanacaq.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilir ki, yeni xətlər təkcə şəhərləri deyil, həm də bölgələri və limanları birləşdirəcək, yük və sərnişin daşımalarına böyük töhfə verəcək.
Bu çərçivədə layihələrdən biri olan Qars-İğdır-Aralık-Dilucu (Zəngəzur) dəmir yolu xətti böyük strateji əhəmiyyət kəsb edir.
“Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkəti nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişinin və 2 milyon ton yükün daşınması nəzərdə tutulub”, - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
