Prezident İlham Əliyev: "Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır"

06
dek
2023
15:49
"Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Bizim göstərə biləcəyimiz nailiyyətlər çoxdur".
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib.
Konfransın Bakıda keçirilməsi üçün müəyyən problemlərin oluduğunu deyən dövlətimizin başçısı tezliklə müəyyən problemlərin həllinə nail olunacağına ümid etdiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, sülh istiqamətində növbəti mühüm addım ola bilər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
