İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
İtaliyanın İrandakı səfirliyinin Tehranda fəaliyyəti bərpa edib
BAKU.WS report-a istinadən xəbər verir ki,, İtaliya Respublikasının İrandakı səfirliyinin iyunun 19-dan Tehranda fəaliyyəti bərpa olunub.
Xatırladaq ki, fevralın 28-də ABŞ ilə İsrailin İrana hücumları başlayanda sonra bəzi ölkələrin diplomatik nümayəndəlikləri Tehrandakı fəaliyyətini dayandırıb. Martın 5-də İtaliya səfirliyinin 53 nəfərlik heyəti mərhələli şəkildə Azərbaycan vasitəsilə İrandan təxliyə edilib.
İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani martın 6-da bəyan edib ki, İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.
Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-də başlamış hərbi münaqişənin başa çatmasını nəzərdə tutan memorandum imzalayıb. Memorandum həmçinin ABŞ-nin dəniz blokadasını aradan qaldıracağı və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi müddətləri müəyyən edib. Tərəflər 60 gün ərzində danışıqlar aparmalıdırlar.
Qeyd edək ki, Vaşinqtonla Tehran arasında əldə olunan razılaşmadan sonra xarici ölkələrin İrandakı səfirliklərinin fəaliyyəti bərpa olunur.
Oxşar xəbərlər
Ceyhun Bayramovla Bəxtiyor Səidov TDT çərçivəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı zamanı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkda...