Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.
Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 7, Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Şahdağ, Gədəbəy, Göygöl, Gəncə, Samux, Naftalan, Şəmkir, Ağstafa, Balakən, Zaqatala, Şəki, Oğuz, Neftçalada 1 mm-dək qeydə alınıb.
İyunun 20-si saat 22:06 radələrində Qazax rayonunun bəzi kəndlərinə iri dənəli dolu düşüb.
Bakıda və Abşeron yarımadsında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 28 m/s-dək güclənir.
Xınalıq, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35-39, Culfada 40 dərəcəyədək, Aran rayonlarıda 38, dağlıq rayonlarda 29 dərəcəyədək isti müşahidə olunub.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. H...