SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcər rayonunda saxlanılan erməni diversant Qaqik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, məhkəmənin baxış iclası dekabrın 11-nə təyin edilib.

***10:54

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

"Report"un xəbərinə görə, Q.Voskanyan 1983-cü ildə Ermənistanın paytaxtı İrəvanda anadan olduğunu bildirib.

O qeyd edib ki, orta təhsillidir, subaydır. Onun sözlərinə görə, ittiham aktı ona təqdim olunub.

Proses davam edir.

***10:28

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılır.

Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.

İş üzrə 5 nəfər zərərçəkmiş var.

***08:34

Bu gün Azərbaycan sərhədini pozduğuna görə saxlanılan erməni diversant Qaqik Aşotoviç Voskanyanın məhkəmə prosesi baş tutacaq.

“Report”un məlumatına görə, məhkəmə prosesi saat 10:00-da Bakı şəhəri Sabunçu rayon Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, iş üzrə 5 nəfər zərərçəkən var. Bunlar Hüseyinzadə Elvin Malik oğlu, Məmmədov İsrafil Vidadi oğlu, Daşdəmirov Xəyal Qafqaz oğlu, Kərimov Əli Raif oğlu və İsmayılov Tofiq Valeh oğludur.

Xatırladaq ki, Q.Voskanyan bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

BAKU.WS
QALEREYA