VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baku TV yeni layihəsini təqdim edib.

“Rəsmilər” adlı verilişdə müxtəlif ölkələrin səfirləri ilə müsahibələr yer alacaq.

Proqramın ilk buraxılışının qonağı İsrailin Azərbaycandakı səfiri Corc Dik olub.

Verilişdə İsrail-HƏMAS müharibəsi və onun regiona təsiri, İsrailə qarşı etiraz edən ölkələr kimi mövzular müzakirə olunub.

Səfir Qəzzadakı münaqişənin həlli ilə bağlı gözləntilərindən də danışıb:

“Qəzzadakı müharibə hazırda çoxlu itkilərə səbəb olur. İnsanlar ölür, əhali əziyyət çəkir. Amma müharibə bu gün də başa çata bilər. Bunun baş verməsini gözləyirəm. Beynəlxalq ictimaiyyət və diplomatik səylər iki şeyə diqqət yönəltməlidir. Birincisi, HƏMAS tərəfindən saxlanılan bütün israilli girovların azad olunması. İkincisi, HƏMAS təslim olmalıdır. Çünki HƏMAS-ın burada gələcəyi yoxdur”.

BAKU.WS
VİDEO