Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında təmsil olunur - FOTO

Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasında iştirak edir.
Sessiya çərçivəsində dünya üzrə insanyönümlü “ağıllı” şəhərlərə dair tövsiyə xarakterli beynəlxalq təlimat sənədinin tərtib edilməsi və “UN-Habitat”ın 2026-2029-cu illəri əhatə edəcək strateji planının hazırlanması istiqamətində yol xəritələrinin icrası müzakirə edilir.

Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib - FOTO - YENİLƏNİB
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçiril...
