Türkiyə İsraillə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirib
“Türkiyə hesab edir ki, İsraillə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı qərarlar kollektiv xarakter daşımalıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik, lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Vaşinqtonun İsrailə mütləq dəstəyi və onun daimi atəşkəsdən imtina etməsi ilə razılaşmırıq.
Əgər ABŞ İsraili davamlı qətllər və bombardmanlarla dəstəkləməyə davam edərsə, bu, qlobal böhran yaradacaq. Biz atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət haqqında danışmaqdan imtina edirik”, - deyə H.Fidan bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...