Aşqabadda Azərbaycan-Türkmənistan biznes forumu və Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Bu il noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, konfransda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının istehsalı, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika sahəsində, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcək.
B.Atdayev əlavə edib ki, biznes forumda Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli danışıqlar aparılacaq, əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, müvafiq sənədlərin imzalanması gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...