SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasının (ATƏT PA) bu ilin noyabrın 18-20-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək payız sessiyasında iştirak hansı səbəblərdən iştirak etməyəcəyi məlum olub.

Bu barədə “Report”a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev məlumat verib.

A.Quliyev bildirib ki, iki il öncədən ATƏT PA-nın payız sessiyasının ATƏT PA-nın 2023-cü il payız sessiyası Özbəkistanda keçirilməsi nəzərdə tutulsa da, bu ölkə tədbiri keçirməkdən imtina edib (səbəb Rusiya-Ukrayna nümayəndələrinin qarşıdurmasına və Rusiya əleyhinə çıxışlara ev sahibliyi etmək istəməməsindən qaynaqlandığı ehtimal edilir).

2023-cü ilin 1 mayında ATƏT PA-nın sabiq Prezidenti Marqareta Sederfelt təşkilatın 2023-cü ildəki payız sessiyasına ev sahibliyi etməklə bağlı nümayəndə heyətlərinə müraciət edib. 2023-cü ilin 13 iyun tarixində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ATƏT PA Prezidentinə payız sessiyasına ev sahibliyi etməyə hazır olduqları barədə məktub ünvanlayıb və başqa müracət edən olmadığına görə (Türkiyənin payız sessiyasına ev sahibliyi etməsi üçün real imkanlar olsa da, ölkədə seçkilərin yenicə başa çatmasına görə müvafiq qaydada müraciət olunmayıb) Ermənistanın müraciəti qəbul edilib.

Özbəkistanda cari il aprelin 14-də keçirilən beynəlxalq idman tədbiri zamanı bu ölkənin baş naziri Nikol Paşinyanın gözləri önündə Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik, Ermənistan parlamentinin üzvləri, jurnalistlər, bloqerlər tərəfindən bu cinayət əməlini törədən şəxsin dərhal azad edilməsi ilə bağlı mitinqin təşkili Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradıb:

“Bundan əlavə, Ermənistanda ölkəmizə qarşı hökm sürən düşmənçilik və nifrət hissindən, özünü qabarıq şəkildə büruzə verən anti-Azərbaycan təbliğatı və azərbaycanofobiyadan narahatıq”.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, yuxarıda sadalıqları cinayət əməllərini törədənlər hələ də layiqli cavablarını almayıblar: “Bütün bunlar Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasının (ATƏT PA) bu ilin noyabrın 18-20-də İrəvanda keçiriləcək payız sessiyasında iştirak etməməsinə əsaslı səbəblərdir. Onu da qeyd edim ki, bizim iştirakımız olmadan orada ölkəmizə qarşı hər hansı qərarın və ya tövsiyənin qəbul edilməsi əsassız sayılacaq”.

BAKU.WS