Tehranda 3+3 formatında görüş başlayıb - FOTO
İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüş başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
İclasda eyni zamanda Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edir.
Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilir.
Qeyd edək ki, Gürcüstan da “3+3” formatına daxildir. Lakin rəsmi Tbilisi Tehran görüşündə iştirak etmir. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...