SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya baş nazirinin müavini Dmitri Roqozin bu gün Bakıya gəlir.
 
BAKU.WS-in məlumatına görə, səfər çərçivəsində Bakıda Rusiya-Azərbaycan hökümətlərarası komissiyasının iclası baş tutacaq. Bununla yanaşı, Roqozin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
 
Tərəflər iki ölkənin hərbi-texniki əməkdaşlığını müzakirə etmək niyyətindədir. Görüşdə "İskəndər-M" operativ-taktiki komplekslərinin yaxın vaxtlarda Ermənistana göndərilməsi məsələsi də müzakirə ediləcək. 

Roqozin 16 dekabrda planlaşdırılmış hökümətlərarası komissiyanın iclası ərəfəsində Bakıya gələcək və danışıqlar cümə günü keçiriləcək. 
 
Şahin Həbibov
BAKU.WS