Putin yaxın adamını Bakıya göndərir: İlham Əliyevlə vacib görüş olacaq
Rusiya baş nazirinin müavini Dmitri Roqozin bu gün Bakıya gəlir.
BAKU.WS-in məlumatına görə, səfər çərçivəsində Bakıda Rusiya-Azərbaycan hökümətlərarası komissiyasının iclası baş tutacaq. Bununla yanaşı, Roqozin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Tərəflər iki ölkənin hərbi-texniki əməkdaşlığını müzakirə etmək niyyətindədir. Görüşdə "İskəndər-M" operativ-taktiki komplekslərinin yaxın vaxtlarda Ermənistana göndərilməsi məsələsi də müzakirə ediləcək.
Roqozin 16 dekabrda planlaşdırılmış hökümətlərarası komissiyanın iclası ərəfəsində Bakıya gələcək və danışıqlar cümə günü keçiriləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
“Kreml Ermənistanı müdafiəsiz qoyur” – Şoyqunun qəfil Bakı səfərində iki hədəf
Rusiya regiondakı hərbi-siyasi oriyentirini dəyişir?; Rusiya və Azərbaycan hərb nazirlərinin bir günlük fasilə ilə qarşılıqlı səfərlərinin pərdəarxası; işğalçı...