Dünya çempionatı: Nuray Cəfərli macarıstanlı rəqibinə məğlub olub
30
iyl
2026
13:21
Azərbaycanın qadın güləşçisi Nuray Cəfərli Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 46 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda macarıstanlı Vivien Sentpala 8:10 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
Renat Dadaşov klubsuz qaldı
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yığmanın...