13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib. 

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.
 
BAKU.WS