Prezident icra başçısı ilə bağlı sərəncam verdi
13
dek
2016
15:26
Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib.
"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir övladı var.
BAKU.WS
Oxşar xəbərlər
Prezident icra başçısını işdən çıxardı
Azərbaycan Prezidenti İlham Əliyev Nurəddin Beytulla oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad e...