Qazaxıstan erməni vəhşiliyinə görə ayağa qalxdı: Rədd olsunlar! - VİDEO

Qazaxıstan erməni vəhşiliyinə görə ayağa qalxdı: Rədd olsunlar! - VİDEO
Video
Siyasət 5047
1 yanvar 2019 tarixində gecə saatlarında Qazaxıstanın Karaqanda şəhərində “Qədim Roma” restoranında ermənilər qazaxlara qarşı təhqiramiz münasibət fonunda başlayan davada 23 yaşlı gənci öldürüblər. Faktla bağlı cinayət işi başlanıb, 3 nəfər - Kair Nadirbekov, Torqom Malxasyan və Soxak Malxasyan saxlanılıb. Davada iştirak edən daha bir erməni Nareki Qururyan barəsində ümumrespublika axtarışı elan edilib. Axtarışa verilmiş Narek Qururyan isə yanvarın 7-də sosial şəbəkələrdə videomüraciət yayaraq davada iştirak etsə də heç kimi qətlə yetirmədiyini və lakin öz hərəkətinə görə cavab verməyə hazır olduğunu bildirib. BAKU.WS xəbər verir ki, baş verən hadisə şəhər sakinlərini qəzəbləndirib. Ötən iki gün minlərlə karaqandalı küçələrə çıxaraq ermənilərin özbaşınalıqlarına etiraz ediblər. Nümayişçilərin əsas tələblərindən biri ermənilərin Qazaxıstandan qovulması olub. Sosial şəbəkələrdə də erməniləri Qazaxıstandan qovmaq çağırışları artır. Bu insidentin getdikcə daha çox milli zəmində qarşıdurmaya doğru inkişaf etməsi Ermənistanda bərk narahatlıq yaradıb. Ermənistan daxili işlr naziri Valeri Osipyan qazaxıstanlı həmkarı general Kalmuxanbet Kasımovla telefon əlaqəsi yaradaraq yanvarın 6-da Karaqandadakı mitinqdən narahat olduğunu bildirib. Digər məlumata görə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da Qazaxıstan XİN naziri Beybut Atamkulova zəng vurub, Karaqandadakı etirazları və ermənilərin qazax gənci qətlə yetirməsinin milli münaqişəyə çevrilməsindən narahatlığını bildirib.
Erməni mətbuatı karaqandalıların gəncin öldürülməsi ilə bağlı ermənilərə qarşı etirazları etnik təmizləmə kimi qələmə verirlər və baş verən hadisələri 1988-ci ilin fevral ayında ermənilərin öz senarisi ilə hazırlanmış Sumqayıt hadisələri ilə əlaqələndirirlər. Ermənilər isə xislətlərinə sadiq qalaraq kriminal hadisəyə və yerli əhalinin haqlı olaraq erməni vəhşiliyinə etirazını etnik müstəviyə yönəltməyə çalışırlar. Onlar hadisənin üstündən sakit keçərək qazaxları erməni nifrətində ittiham edirlər. Halbuki özlərinə bircə sual verməlidirlər. İllərdir ermənilər Qazaxıstanda sakit şəkildə yaşayırlar. Bu vəhşilik törədilməyənə qədər onlara gözün üstdə qaşın var deyən olmayıb. Necə ki, 80-ci illərin sonunadək ermənilər Azərbaycanın müxtəlif bölgələrində sülh şəraitində yaşayıblar. Sonrakı proseslər isə gözümüzün qarşısında olub. Qazaxıstanda baş verənlər də tanış senaridir. Elə deyilmi? Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər