İlham Əliyev oğlunun gələcəyindən danışdı (VİDEO)

İlham Əliyev oğlunun gələcəyindən danışdı (VİDEO)
Video
Siyasət 7255

  

"Mənim oğlum tələbədir. Onun gələcək seçimi onun özündən asılıdır. O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq". 

BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edərkən deyib. 

"Mənim böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən "Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz", - deyə prezident əlavə edib.

Dövlət başçısı bildirib ki, ikinci qızı da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur: "O, jurnalist təhsili alıb. O, Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir". 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər