İlham Əliyev: Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb
Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və müstəqillik, inkişaf yolu ilə bundan sonra da gedəcəyik".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bəyan edib ki, heç vaxt Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.
Prezident ölkədə ordu quruculuğu prosesinin uğurla getdiyini bildirib, iqtisadiyyatın şaxələndirildiyini, islahatların aparıldığını deyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 28 Mayla bağlı rəsmi qəbul başlayıb
Mayın 27-də "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublika...